Bu gün səhər saatlarından etibarən Tavuş sakinlərinin etiraz məqsədilə bağladıqları Ermənistan-Gürcüstan dövlətlərarası avtomobil yolu açılıb.
Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, etirazçıların bəziləri avtomobillərini yığışdırmağa razılaşıblar.
Etirazçılara söz verilib ki, sabah Ermənistan hökumətinin baş nazirinin müavini Mqer Qriqoryan şəxsən onlarla görüşəcək.
Mənbə: yenisabah.az