Ukrayna ordusunun Çasovoy Yar ərazisində HHM sistemləri qalmayıb.
Bunu “Bild” nəşrinin əməkdaşı Yulian Röpke deyib.
Onun sözlərinə görə, Rusiya ordusuna məxsus Su-25 təyyarəsi döyüşlərin getdiyi İvanovskoe kəndi üzərindən alçaqdan uçaraq Ukrayna ordusunun mövqelərinə 3 km məsafədə yaxınlaşıb. Lakin təyyarəni vurmağa belə cəhdlər edilməyib.
“Bir neçə ay əvvəl Rusiya təyyarəsinin Ukraynanın nəzarətində olan şəhərin üzərindən uçacağını və vurulmayacağını təsəvvür etmək mümkün deyildi”, - jurnalist bildirib.
Mənbə: axar.az