İranda 50 minə yaxın qanunsuz mühacir saxlanıldı

İranda 50 minə yaxın qanunsuz mühacir saxlanıldı

İran ordusu cənub-şərq sərhəd bölgələrində 50 minə yaxın qeyri-qanuni əcnəbi immiqrantı saxlayıb.

Bu barədə İran ordusunun cənub-şərq regional bazasının komandiri Əmir Qulamalian məlumat verib.

O, bildirib ki, onun qüvvələri sərhəd polisinə milli sərhədlər boyunca qeyri-qanuni miqrasiyaya qarşı mübarizədə kömək edir, lakin onlar bunu etməyə borclu deyillər.

Onun sözlərinə görə, ordunun bölgədə həyata keçirdiyi pusqu əməliyyatları zamanı 49 min 800 qeyri-qanuni əcnəbi sərhəd polisinə təhvil verib.

Komandir qeyd edib ki, həbs edilən mühacirlər ölkənin Xarici İşlər Nazirliyi ilə razılaşdırıldıqdan sonra öz ölkələrinə deportasiya edilir.

Mənbə: qafqazinfo.az