Leyenin Rusiyaya qarşı ittihamları... - Zaxarova

Leyenin Rusiyaya qarşı ittihamları... - Zaxarova

Avropa Birliyi, o cümlədən Finlandiya Rusiyadan qaynaqlandığı iddia edilən süni təhdidləri səylə inkişaf etdirir.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.

“Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və Finlandiyanın Baş naziri Peterri Orponun Rusiya ilə sərhəd yaxınlığındakı Lappeenrantaya birgə səfəri zamanı səsləndirdikləri təxribatçı bəyanatlar əslində yeni heç nə ehtiva etmir. Bunlar Rusiyanın AB-yə üzv ölkələrə və Finlandiyaya qarşı başladığı iddia edilən hibrid əməliyyat, xüsusən də Finlandiya sərhədlərində miqrasiya böhranı yaratmaqla bağlı əsassız ittihamlardır”, - Zaxarova bildirib.

Mənbə: axar.az