HƏMAS İsrail kazarmalarına "Qrad"la 20 zərbə endirdi

HƏMAS İsrail kazarmalarına "Qrad"la 20 zərbə endirdi

HƏMAS-ın hərbi qanadı "İzzəddin əl-Qəssam Briqadaları" İsrailin şimalını “Qrad” çoxsaylı raket sistemlərindən atəşə tutmağa görə məsuliyyəti öz üzərinə götürüb.

Bu barədə briqadanın məlumatında deyilir.

Məlumata görə, silahlılar Livanın cənubundan İsrail ordusunun Şomera qəsəbəsindəki kazarmalarına doğru 20 raket atıblar:

"Bu əməliyyat İsrail rejiminin Qəzza zolağı və İordan çayının qərb sahilində dinc əhaliyə qarşı törətdiyi qırğınlara cavab olaraq həyata keçirilib".

Mənbə: axar.az