Hərbi ekspert: Ruben Vardanyana Nobel sülh mükafatı vermək axmaqlıqdır

Hərbi ekspert: Ruben Vardanyana Nobel sülh mükafatı vermək axmaqlıqdır

Ruben Vardanyan kimi birinin Nobel sülh mükafatına təqdim etmək axmaqlıqdır.

Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında hərbi ekspert Oleksandr Kovalenko bildirib.

"Qondarma erməni hüquq müdafiəçiləri və tərəfdarları onun namizədliyini irəli sürməyə çalışırlar, lakin reaksiyanın təkcə Ukraynadan deyil, çox yerdən gözləməlidirlər.

Vardanyan təkcə Ukraynanın sanksiya siyahısına daxil edilməyən personajdır", - ekspert vurğulayıb.

O qeyd edib ki, Vardanyan Ukraynaya qarşı müharibənin maliyyələşdirilməsində iştirak edən şəxs olması ilə yanaşı, başqa dövlətlərə də qarşı təxribatlara yol verib və onlar da ona qarşı sanksiyalar tətbiq ediblər:

"Onun son şousu o vaxt müvəqqəti işğal olunmuş Qarabağ ərazisində olması ilə baş tutdu. Qarabağ azad edildi, Vardanyan həbs olundu. Ermənistandakı tərəfdarları indi onu azad etməyə çalışırlar. Nobel sülh mükafatından yararlanmağa çalışırlar. Vardanyana qarşı kifayət qədər sübutlar var ki, bu adam belə bir mükafata, hətta onun namizədliyinə layiq deyil. O, Qarabağda Azərbaycan tərəfindən saxlanıldıqdan sonra tərəfdarları bu yolla ona qarşı diqqətin cəlb olunmasına çalışırlar", - ekspert əlavə edib.

Mənbə: report.az