Ailəsi: "Ruben Vardanyan aclıq aksiyasını Bakı həbsxanasında dayandırıb" - YENİLƏNİB

Ailəsi: "Ruben Vardanyan aclıq aksiyasını Bakı həbsxanasında dayandırıb" -

Bakı İstintaq Təcridxanasında saxlanılan və aclıq aksiyası keçirdiyi iddia edilən Vardanyan haqqında yeni xəbər var.

Bu barədə "Sputnik Armeniya" onun ailə üzvlərinə istinadla xəbər yayıb. Sitat: "...21 günlük fasilədən sonra böyük beynəlxalq reaksiya sayəsində Azərbaycan hakimiyyəti biznesmenin ailəsi ilə əlaqə saxlamasına icazə verib, bundan sonra Vardanyan həyat yoldaşı Veronika Zonabendlə danışıb".

Xəbərdə iddia olunur ki, müharibə canisi və separatçı öz ailəsinin xahişi ilə aclıq aksiyasını dayandırmağa razılıq verib. R. Vardanyanın aclıq aksiyası keçirməsi iddialarına Azərbaycanın müvafiq qurumları reaksiya verməyib.

Mənbə: musavat.com