Ukraynanın Milli Antikorrupsiya Bürosu Petro Poroşenko və Pavel Klimkinə qarşı cinayət işi açıb

Ukraynanın Milli Antikorrupsiya Bürosu Petro Poroşenko və Pavel Klimkinə qarşı cinayət işi açıb

Kiyev, 11 sentyabr, AZƏRTAC

Ukraynanın Milli Antikorrupsiya Bürosu ölkənin beşinci Prezidenti Petro Poroşenko və sabiq Xarici İşlər naziri Pavel Klimkinə qarşı cinayət işi açıb.

AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, bu barədə Büronun mətbuat xidməti məlumat yayıb.

Cinayət işi ilə bağlı hüquqi proseduralar aparılır, materiallar toplanılır.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Mənbə: azertag.az