Türkiyə yenə PKK-ya qarşı əməliyyat keçirdi

Türkiyə yenə PKK-ya qarşı əməliyyat keçirdi

Eastnews.org-un verdiyi xəbərə görə, Türkiyə Silahlı Qüvvələri Şimali İraqda hərbi əməliyyat keçirdiyini bəyan edib.

Bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda diqqətə çatdırılır ki, hərbi əməliyyat PKK terrorçularına qarşı reallaşdırılıb.

Qeyd olunur ki, hərbi əməliyyat zamanı 2 PKK terrorçusu məhv edilib.

"Hərbi əməliyyat Şimali İraqın Metina bölgəsində baş tutub", - deyə açıqlamada vurğulanır.

Mənbə: eastnews.org