Donald Tramp 11 sentyabr terror aktları ilə əlaqədar bayraqları endirməyə çağırıb

Donald Tramp 11 sentyabr terror aktları ilə əlaqədar bayraqları endirməyə çağırıb

Bakı, 11 sentyabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp 2001-ci il sentyabrın 11-də törədilmiş terror aktları nəticəsində həlak olanların xatirəsinə bayraqları endirməyə çağırıb.

AZƏRTAC bu barədə Ağ evin saytına saytına istinadla xəbər verir.

“Mən, ABŞ Prezidenti Donald Tramp, 2019-cu il sentyabrın 11-ni Vətənpərvərlər Günü elan edirəm. ABŞ-ın bütün departamentlərini, agentliklərini və dövlət qurumlarını Vətənpərvərlər Günündə 2001-ci il sentyabrın 11-də həlak olan insanların xatirəsinə bayraqları endirməyə çağırıram”, - Ağ evin saytında yerləşdirilən bəyanatda belə deyilir.

Bu gün işgüzar Nyu-Yorkun simvolu sayılan Dünya Ticarət Mərkəzinə terror hücumunun 18-ci ildönümüdür. 2001-ci il sentyabrın 11-də qaçırılan sərnişin təyyarələri vasitəsi ilə “Əkiz qüllələrə” və Pentaqona edilən hücumlar nəticəsində 2974 nəfər həlak olmuş, 24 nəfər itkin düşmüşdü.

Mənbə: azertag.az