Ermənistan parlamenti KTMT rəhbər orqanında Paşinyanın varlığını təmin edən qanun lahiyəsini qəbul edib

Ermənistan parlamenti KTMT rəhbər orqanında Paşinyanın varlığını təmin edən qanun lahiyəsini qəbul edib

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki,bunu Ermənistan Xarici İşlər nazirinin müavini Şavarş Köçəryan bildirib .

Ermənistan parlamenti “2002-ci ilin 7 oktyabr Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının nizamnaməsində dəyişikliklər edilməsi haqqında” üçüncü protokolu ratifikasiya etmək barəsində qanun lahiyəsi yekdilliklə qəbul edib.

Qanun lahiyəsinin qəbul edilməsi KTMT Şurası tərkibinə daxil olmaq üçün o ölkələrin hökumət başçılarına imkan verəcək ki, bu, onların ölkə qanunvericiliyi ilə nəzərdə tutulub.

Köçəryan qeyd edib ki, məqsəd birdir, çünki Konstitusiya dəyişiklikləri olub.

Alpər Mövludoğlu

Mənbə: ordu.az