Erməni siyasi ekspert: “Paşinyanın ABŞ səfərinin çox siyasi təsiri olmaya bilər”

Erməni siyasi ekspert: “Paşinyanın ABŞ səfərinin çox siyasi təsiri olmaya bilər”

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Erməni siyasi ekspert Aram Armatuni bildirib.

Onun sözlərinə görə, Ermənistan-ABŞ siyasi münasibətləri kontekstində əsas problem göründüyündən də daha genişdir.

“NATO üzvü olan Türkiyənin Qafqazdakı xüsusi rolunu və maraqlarını, Ermənistanla müxtəlif əlaqələri olan Rusiyanı, ABŞ-la qarşıdurmada olan və problemlər yaşayan İranı, eyni zamanda Ermənistan üçün İranın əhəmiyyətini və digər kifayət qədər incə problemləri və məqamları nəzərə alsaq, bu proses olduqca mürəkkəbdir”, - deyə Armatuni bildirib.

Alpər Mövludoğlu

Mənbə: ordu.az