Seyid Həsən Nəsrullah: "Əfsanəvi İsrail ordusu gücsüz "Hollivud" ordusudur"

Seyid Həsən Nəsrullah: "Əfsanəvi İsrail ordusu gücsüz "Hollivud" ordusudur"

Eastnews.org-un verdiyi xəbərə görə, Livan "Hizbullah" hərəkatının baş katibi Seyid Həsən Nəsrullah, İmam Hüseynin (ə) Kərbəlada şəhid edilməsinin ildönümü münasibətilə Livanın cənubundakı Dahiyə bölgəsində keçirilən əzadarlıq mərasimində iştirak edənlər qarşısında çıxış edib.

Seyid Həsən Nəsrullah çıxışı zamanı bildirib ki, İmam Hüseynin "Mənə kömək edən kimsə yoxdur?" - sözlərinin səsi bütün əsrlərdə əks-səda verir:

"Fələstin məsələsi böyük əhəmiyyət daşıyır. Müqavimət qüvvələri və fələstinli mücahidlərlə eyni cəbhədyik. Fələstin xalqının yanındayıq".

Seyid Həsən Nəsrullah, Yəmən böhranına toxunaraq deyib:

"Bugün mühasirədə olan Yəmən xalqı məsumluğun simvolu halına gəlib. Bu müharibə ABŞ tərəfindən dəstəklənir. Səudiyyə Ərəbistanı bu döyüşün məğlubiyyətə məhkum olacağını bilməlidir. Yəmən xalqına qarşı bu amansız müharibənin sona çatması və yəmənlilərin öz müqəddəratlarını təyin etmələri lazımdır".

Bəhreynlə bağlı olaraq isə Həsən Nəsrullah qeyd edib ki, Bəhreyn xalqı satqın rejim olan Ali Xəlifəyə qarşı müqavimət göstərir və nəticəsini görəcək.

Həsən Nəsrullah, İsrail rejiminin həyata keçirdiyi hücumlara işarə edərək bildirib ki, Livana qarşı hər hansı təcavüzə qarşı uyğun şəkildə cavab veriləcək:

"Biz bu barədə qırmızı xətləri tanımırıq. Sözdə məğlubedilməz və əfsanəvi İsrail ordusu gücsüz "Hollivud" ordusudur".

"Hizbullah" hərəkatının baş katibi, İrana qarşı hər hansı bir müharibənin müqavimət qüvvələrinə qarşı müharibə olduğunu deyib:

"Biz bu məsələdə tərəfsiz qalmayacağıq. İrana qarşı müharibə İsrail ilə ABŞ-ın qurduğu xəyallarının sonu deməkdir. İran İslam Resppublikasının ali lideri Ayətullah Seyid Əli Xamenei müqavimət qüvvələrinin komandiri və İran isə müqavimət qüvvələrinin qəlbi və ən güclü dəstəkçisidir".

 

Mənbə: eastnews.org