Karapetyan revanş götürür: Paşinyana qarşı koalisiya

Karapetyan revanş götürür: Paşinyana qarşı koalisiya

Ermənistanın keçmiş Baş naziri Karen Karapetyan bir sıra siyasi görüşlər keçirib.

Axar.az xəbər verir ki, bu məlumatı “Past” qəzeti yayıb. İddia edilib ki, Karapetyan biznes dairələri ilə son bir neçə ayda baş tutan görüşlərindən sonra gələn ilin əvvəlində Ermənistanın siyasi meydanının əsas oyunçuları ilə də görüşlər keçirmək niyyətindədir. Belə ki, Karen Karapetyanın artıq bir neçə ilkin görüşlər keçirib və müxalifətin bir sıra liderləri onun təşəbbüslərini qəbul edib.

“Past”, həmçinin, Karen Karapetyanla bir sıra siyasi partiyaların əməkdaşlıq etmək istədiyini və onların sırasında ictimaiyyət üçün təəccüb yaradacaq şəxslərin, eləcə də təşkilatların olduğunu yazıb.

Mənbə: axar.az