Netanyahu Putinlə görüşəcək

Netanyahu Putinlə görüşəcək

Rusiya Federasiyasının prezidenti Vladimir Putin sentyabrın 12-də Soçidə İsrailin baş naziri Binyamin Netanyahu danışıqlar aparacaq.

Open.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Sabah baş nazir İsrail Netanyahunun rəsmi səfəri olacaq. Soçidə Rusiya-İsrail danışıqları aparılacaq", - deyə Peskov bildirib.

Gülnar Qafarlı

Mənbə: open.az