Erməni deputatdan iddia: "Ərazimiz 31 kv. km-dir"

Erməni deputatdan iddia: "Ərazimiz 31 kv. km-dir"

"Bu delimitasiya deyil, Ermənistan hakimiyyətinin birtərəfli təslim olmasıdır. Bu, kapitulyasiyadır".

Bunu Ermənistan parlamentinin müxalifətçi deputatı Taqui Tovmasyan Xeyrimli kəndində olarkən deyib.

O qeyd edib ki, bu gün tavuşlular Ermənistanın ərazi bütövlüyü uğrunda mübarizə aparır. Onun sözlərinə görə, Ermənistanın bütün bölgələrindən insanlar bütün dövlət sisteminə qarşı təkbaşına mübarizə aparanları dəstəkləmək üçün Tavuşa gəliblər:

"Ermənistan vətəndaşıları ölkənin ərazi bütövlüyünü təmin etməyə borclu olan hökumətə qarşı təkbaşına mübarizə aparır. Rejim öz hakimiyyətini saxlamaq üçün Ermənistanın ərazi bütövlüyünü hərraca çıxarıb, torpaqları Azərbaycanınkı hesab edərək təhvil verirlər. Həmin şəxslərin Ermənistanın Kadastr Komitəsi tərəfindən verilmiş sertifikatları var. Əgər Kadastr Komitəsi buranın Ermənistanın mülkü olduğuna dair sənədlər veribsə, siz necə deyə bilərsiniz ki, bura Ermənistan deyil".

Deputat Aİ-nin Ermənistandakı nümayəndə heyətinin rəhbəri Vasilis Maraqosla görüşündən də danışıb.

“Nə qədər desələr də, 29 min 800 kvadrat kilometr ərazimiz var, bu belə deyil. 29 min 800-ü haradan əldə etdilər? Müxtəlif xəritələrə görə 31 min kvadrat kilometrdən danışmaq olar”.

Zaur

Mənbə: www.bakupost.az