Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi

Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi

Avropa Parlamentinin Gürcüstana qarşı irəli sürdüyü tələblərin və şantaj cəhdlərinin bizim üçün heç bir əhəmiyyəti yoxdur. Heç kim bu cür cəfəng sözlər və qətnamələrlə bizi yolumuzdan döndərə bilməz.

Bunu jurnalistlərə müsahibəsində Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.

Onun sözlərinə görə, viza liberallaşdırılması, LGBT təbliğatına qoyulan qadağa Mixail Saakaşvilinin azadlığa buraxılması ilə bərabər tutulur.

“Şantaj dilinin gürcü xalqı üçün keçərli olmadığı hələ 2022-ci ildə bəlli oldu. Konkret qüvvələr, o cümlədən avroparlamentarilər Gürcüstan cəmiyyətində mənfi zəmin yaratmaq üçün deyirdilər ki, Gürcüstan Avropa İttifaqına namizəd ölkə statusu almayacaq. Onlar Gürcüstana qarşı üç müxtəlif qətnamə də qəbul etdilər. Lakin belə olmadı və onların bütün təhdidlərinə baxmayaraq, ölkəmiz namizəd statusunu aldı”, - Kobaxidze deyib.

Mənbə: axar.az