Ermənistan MTX və XİX rəisinin gizli səsyazması işinin üstü açılıb – DETALLAR

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, gizli səs yazısı ilə açılmış cinayət işinin üstü açılsa da, hüquq-mühafizə orqanları və hakimiyyət nümayəndələri susmağa üstünlük verir.

Hüquq-mühafizə orqanları əsaslandırıb ki, güc strukturları və Paşinyanın gizli dinlənilməsi MDB ölkələri tərəfindən həyata keçirilib, bunun konkret olaraq kim və ya kimlər tərəfindən edildiyi də məlumdur. Qeyd edilib ki, işin tamamilə üstü açılıb.

Məlumata görə, Ermənistan hüquq-mühafizə orqanları və hakimiyyət mümkün daxili-siyasi toqquşmalardan yayınmaq və ölkədə sabit vəziyyətin yaradılması perspektivindən çıxış etməklə susur.

Gizli səs yazısı ictimailəşdikdən sonra dövlət rəsmiləri dərhal konfrans keçirdilər. Çoxsaylı məsələrlə yanaşı, Sasun Xaçatryan da “1 Mart” mövzusu ilə bağlı bir sıra açıqlamalar etdi. Bu açıqlamalar onsuz da emosional olan mövzunu daha da ağırlaşdırdı.

Ermənistan Xüsusi İstintaq Komitəsi bəyanat vermişdi ki, Tiqran Abqaryan xüsusi dəstələr tərəfindən öldürülüb, bu barədə aydın sübutları var.

Abqaryan Köçəryan fövqəladə vəziyyət elan edəndə öldürülüb, lakin hər hansı güllə yarası almış hərbi qulluqçu yox idi. Abqaryana onun üçün güllə yarası vurulub ki, Köçəryanın “bizim artıq qurbanlarımız var” sözləri haqlı çıxsın.

Bu bəyanatdan da bir il keçib və əgər Ermənistan Xüsusi İstintaq Komitəsi rəisinin dediyi faktlarla sübut olunubsa, o zaman ilkin istintaq orqanı bir il sonra nə edib? Məsələn, nə üçün Robert Köçəryana qarşı ittiham irəli sürülməyib?

Erməni jurnalistlər bu suallara cavab almaq məqsədilə Ermənistan Xüsusi İstintaq Xidmətinin mətbuat bölməsinə müraciət edib, amma hələki onlara heç bir cavab verilməyib.

Alpər Mövludoğlu

Ordu.az

ƏVVƏLKİ XƏBƏR

Şamaxıda sənaye məhsullarının istehsalı artıb

SONRAKI XƏBƏR

İraqda İŞİD mövqelərinə aviərəbələr endirilib