Britaniyadakı yanğınları ruslar törədir? - Səfir

Britaniyadakı yanğınları ruslar törədir? - Səfir

Britaniya Xarici İşlər Nazirliyinin Rusiyanın ölkədəki cinayətlərdən biri ilə əlaqəsi ilə bağlı ittihamları absurd və açıq-aydın əsassız xarakter daşıyır.

Bunu Rusiyanın Londondakı səfiri Andrey Kelin bildirib.

“Rusiya tərəfi Britaniya isteblişmenti tərəfindən tələsik uydurulmuş növbəti məlumatın absurd və bilərəkdən əsassız olduğunu qeyd etdi”, - Səfirliyin şərhində deyilib.

Qeyd edək ki, bundan əvvəl Böyük Britaniya Xarici İşlər Nazirliyi Rusiya xüsusi xidmət orqanları ilə əlaqəsi olduğu iddia edilən bir sıra şəxslərin Ukrayna ilə əlaqəli ticarət obyektini yandırdığını iddia edib.

Mənbə: axar.az