“National Interest”: Rusiya HHQ məhz buna görə hər zamankından daha təhlükəlidir

“National Interest”: Rusiya HHQ məhz buna görə hər zamankından daha təhlükəlidir

Ordu.az “National Interest”ə istinadən xəbər verir ki, bu fikirləri Rusiya Aerokosmik Qüvvələrinin sabiq komandanı, Rusiya Parlamenti Federal Şurasının müdafiə və təhlükəsizlik komitəsinin sədri, general-polkovnik Viktor Bondarev səsləndirib.

Onun sözlərinə görə, Əslində Rusiyanın Suriya hökumətinə dəstək məqsədilə apardığı hava əməliyyatları Rusiya AQ-yə son illərdə həyata keçirilmiş islahatların effektivliyini ölçmə imkanı verdi.

Bondarevin analizi Rusiyanın müdafiə sahəsində ixtisaslaşmış Strategiyalar və Texnologiyaların Analizi Mərkəzi tərəfindən hava gücünə dair hazırlanmış çoxcildli analizin bir hissəsidir. Beynəlxalq Strateji Araşdırmalar İnstitutu üçün hazırladığı bir bloqda isə müdafiə eksperti Duqlas Barri Bondarevin fikirlərini analiz etdi.

“Kampaniya Rusiya AQ-nin müxtəlif hava bölmələri tərəfindən həyata keçirilmiş müasir hava əməliyyatlarının ilk təcrübəsi idi. Bu həm də digər dövlətlərin quru qüvvələri ilə əlaqəli şəkildə aparıldığına görə fərqlidir. Suriyadakı uğurun ilk önə çıxmalı olan tərəflərindən biri yeni və yenilənmiş döyüş təyyarəsinin təqdimatıdır. Rusiya HHQ-nin 1990-cı illərin əvvəllərindən belə bir təyyarəyə ehtiyacı var idi”, - deyə Bondarev vurğulayıb.

Onun sözlərinə görə, Rusiyanın həmin hava kampaniyaları həm də geniş tərkibdə həssas idarəolunan mərmilərin iştirakı ilə yadda qalıb. Peyklə idarəolunan KAB-500 bombalarının Suriyada istifadəsinə baxmayaraq, həm də sərbəst düşən dəmir bombalara da yer verilib. Kiçik sayda hava-yer raket sistemləri, Kh-29, Kh-25M-lər istifadə olunub.

Sevinc Əliyeva

Mənbə: ordu.az