Zelenski deputatların toxunulmazlığını ləğv edib

Zelenski deputatların toxunulmazlığını ləğv edib

Ukrayna Prezidenti Vladimir Zelenski deputat toxunulmazlığının ləğvi barədə qanunu imzalayıb.

"Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə dövlət başçısının rəsmi saytında məlumat yerləşdirilib.

Qanuna görə, Ukrayna Konstitusiyasının 80-ci maddəsinə dəyişiklik edilib. Belə ki, deputatların parlament toxunulmazlığının təmin olunduğu və Ali Radanın razılığı olmadan cinayət məsuliyyətinə nə cəlb edilə, nə saxlanıla, nə də həbs edilə biləyəcəyi ilə bağlı müddəalar ləğv olunub.

Qanun 1 yanvar 2020-ci ildə qüvvəyə minəcək.

Mənbə: arqument.az