“2008-Cİ İLDƏ GÜRCÜSTANA NATO-NUN ÜZVLÜK FƏALİYYƏT PLANI VERİLSƏYDİ, MÜHARİBƏDƏN QAÇMAQ OLARDI”

“2008-Cİ İLDƏ GÜRCÜSTANA NATO-NUN ÜZVLÜK FƏALİYYƏT PLANI VERİLSƏYDİ, MÜHARİBƏDƏN QAÇMAQ OLARDI”

NATO-nun keçmiş baş katibi Anders foq Rasmussen (Anders Fogh Rasmussen) Tiflisdə keçirilən Beynəlxalq Konfransda 2008-ci il Buxarest sammiti ilə əlaqəli hadisələri və həmin görüşdən sonra baş verən insidentləri yada salıb. Onun sözlərinə görə, alyans Gürcüstana Üzvlük Fəaliyyət Planı (ÜFP) təqdim etməməklə səhvə yol verib, bu da Putinə yalnış mesaj göndərib. Bu barədə “Qruziya Online” xəbər portalı məlumat verir. “Əminəm ki, 2008-ci ildə səhvə yol vermişik. Mən Gürcüstan və Ukraynaya ÜFP verilməsini dəstəkləyənlərdən olmuşam. Məncə, belə də etməli idik. Putinə səhv mesaj – tərəddüd, qərarsızlıq mesajı göndərdiyimizi düşünürəm. O isə bu vəziyyətdən öz xeyrinə istifadə etdi. 2008-ci il NATO-nun aprel sammitində yaşanan bu tərəddüdlə avqust ayında Putinin Gürcüstana hücumu arasında dəqiq əlaqə görürəm. O, Gürcüstan və NATO-a dəqiq siqnal– qonşuluğumuza müdaxilə etməyin - göndərmək istəyib. Dolayısıyla, bundan yan keçə və Gürcüstan ilə Ukraynaya ÜFP verə bilərdik”, - deyə Rasmussen bildirib. Onun sözlərinə görə, müəyyən mənada 2008-ci il Buxarest sammitində Gürcüstan üçün verilən qərar ÜFP-dən daha yaxşı olub, çünki Gürcüstan və Ukrayna NATO üzvü olacaqlarına dair zəmanət əldə ediblər, halbuki öz-özlüyündə ÜFP-də belə bir imkan nəzərdə tutulmayıb.

“Xatırladım ki, 2008-ci ildə Buxarest sammitində Gürcüstan və Ukraynanın NATO-a qoşulacağına dair qərar qəbul etmişdik. Bu qərar hələ də qüvvədədir. Sammit ərəfəsində Gürcüstan və Ukraynaya ÜFP-nin verilməsi məsələsini nəzərdən keçirmişik. Lazımi dəstəyi ala bilmədik. Sizə də məlum olduğu kimi, NATO-da qərarlar yekdilliklə qəbul edilir. Gürcüstan və Ukraynaya ÜFP-nin verilməsi məsələsində müqavimət oldu. Əvəzində sizin NATO üzvü olacağınıza dair qərar verdik. Bu isə daha güclü tələbnamədir. ÜFP üzvlüklə bağlı təminat vermir, lakin biz Gürcüstan və Ukraynanın alyansın üzvü olacağına qərar verdik”.

Rasmussen qeyd edib ki, Gürcüstan NATO üzvü olmaq istəyirsə, alyansın standarlarına cavab verməli, demokratik islahatları davam etməli, korrupsiyaya qarşı mübarizə, söz azadlığı və azlıqların müdafiəsini təmin etməlidir. “Hazırda islahatları davam etdirəcəyik. Gürcüstanın bu yolda qalması, islahatları davam etdirməsi, NATO meyarlarına cavab verməsi son dərəcə vacibdir, çünki imkan yaranan kimi ölkə artıq alyansa qoşulmağa hazır olacaq”.

Mənbə: www.xpressa.net