Şotlandiya məhkəməsi parlamentin işinin dayandırılmasının qanunsuz olduğuna dair qərar çıxarıb

Şotlandiya məhkəməsi çərşənbə günü Britaniya Baş Naziri Boris Consonun parlamentin işini təxirə salmasının qanunsuz addım olduğuna dair hökm çıxarıb.

Conson Brexiti razılıqla və ya razılıq olmadan həyata keçirəcəyinə söz verib və deyib ki, parlament yenidən işə başlayanda qanunvericilərin onun Avropa İttifaqı ilə əldə edəcəyi hər hansı Brexit razılığını qəbul etməyə kifayət qədər vaxtı olacaq.

Qərarı açıqlayan Şotlandiyanın baş hakimi Lord Karlovey bildirib ki, məhkəmə parlamentin işini təxirə salınması qərarını dəyişmir.

Britaniya höküməti məhkəmə qərarına etiraz edib və apelyasiya şikayəti irəli sürəcəyini bildirib.

Parlamentin işi çərşənbə axşamından etibarən beş həftəlik dayandırılıb.

Müxalifət qanunvericiləri Consonun bu addımına qarşı çıxıb və bunu “çevriliş” adlandırıb.

Parlament üzvləri ötən həftə razılıqsız Brexitin "faciəvi nəticələrinin" qarşısını almaq məqsədilə razılıq əldə olunmadığı təqdirdə Consonu Aİ liderlərindən son möhlət tarixinin təxirə salınmasını istəməyə məcbur edəcək qanun layihəsini qəbul edib.

Amerikaninsesi.org

ƏVVƏLKİ XƏBƏR

Krallığın gəlinlərinə QADAĞA: Saat altıdan sonra...

SONRAKI XƏBƏR

Bu ölkədə hər 5 kişidən biri yaxın dostunun arvadı ilə CİNSİ ƏLAQƏDƏ OLUR - FOTO