ATƏT PA-nın növbəti il keçiriləcək illik sessiyasının vaxtı və yeri məlum olub

ATƏT Parlament Assambleyasının növbəti il keçiriləcək illik sessiyasının vaxtı və yeri məlum olub.

APA-nın ATƏT PA-nın mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, qurumun 29-cu illik sessiyası Kanadanın Vankuver şəhərində keçiriləcək. Növbəti il keçiriləcək illik sessiya iyulun 3-dən 7-dək davam edəcək.

Qeyd edək ki, Kanada artıq ikinci dəfədir ATƏT PA-nın illik sessiyasına ev sahibliyi edəcək. Belə ki, 1995-ci ildə təşkilatın 4-cü illik sessiyası Ottava şəhərində keçirilib. Həmçinin 2008-ci ilin sentyabr ayında qurumun payız iclası Kanadanın Toronto şəhərində baş tutub.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Müxalifətin qırğını, yaxud ən böyük qırğı kimdir? FAKT

SONRAKI XƏBƏR

Fransız deputatlar Xankəndidə “Fransa-Artsax” dostluq rəmzi ucaltdı - FOTOLAR