Rus Pravoslav Kilsəsi Pasxa bayramı zamanı Ukrayna ilə Rusiya arasında atəşkəsə cəhd etməyəcək

Rus Pravoslav Kilsəsi Pasxa bayramı zamanı Ukrayna ilə Rusiya arasında atəşkəsə cəhd etməyəcək

Rus Pravoslav Kilsəsi Pasxa bayramı zamanı Ukrayna ilə Rusiya arasında atəşkəsə cəhd etməyəcək.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə - Moskva Patriarxlığının Sinodal şöbəsinin rəhbərinin müavini Vaxtanq Kipşidze bildirib.

Onun sözlərinə görə, Rus Pravoslav Kilsəsi Pasxa bayramı zamanı Ukrayna tərəfinin mənasızlığı və anlaşılmazlığı səbəbindən artıq atəşkəsə cəhd etmir.

Mayın 5-də provaslav xristianların Pasxa bayramı qeyd ediləcək. 2022 və 2023-cü illərdə Rus Provaslav Kilsəsi Pasxa bayramı günlərində cəbhə xəttində atəşkəs təklifi ilə çıxış edib.

Mənbə: apa.az