İranla Hindistan arasında hərbi əməkdaşlıq... - Aştiani

İranla Hindistan arasında hərbi əməkdaşlıq... - Aştiani

İran və Hindistan arasında müdafiə və hərbi əməkdaşlığın inkişafı regionda təhlükəsizlik və sabitliyin yaxşılaşdırılmasına kömək edə bilər.

Axar.az xəbər verir ki, bunu İran müdafiə naziri Məhəmməd Rza Aştiani Astanada hindistanlı həmkarı Giridhar Aramane ilə görüşündə deyib.

“Tehran və Yeni Dehli arasında çoxsaylı əməkdaşlıq imkanlarından Qərbi Asiyanın həssas bölgəsinə və Hindistan yarımadasına sülh və təhlükəsizlik gətirmək üçün istifadə edilə bilər”, - Aştiani bildirib.

Mənbə: axar.az