Paşinyan Blinkenlə Azərbaycanla sərhədlərin delimitasiyası məsələsini müzakirə etdi

Paşinyan Blinkenlə Azərbaycanla sərhədlərin delimitasiyası məsələsini müzakirə etdi

Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ dövlət katibi Entoni Blinken Ermənistan və Azərbaycan arasında sülh prosesi və Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası məsələsini müzakirə ediblər.

Bizim.Media xəbər verir ki, söhbət zamanı Paşinyan Ermənistan-Azərbaycan dövlət sərhədinin demarkasiyası prosesindən müsbət danışıb.

Tərəflər qeyd ediblər ki, Alma-Ata Bəyannaməsi əsasında Ermənistan və Azərbaycan tərəfindən bir-birinin ərazi bütövlüyü və suverenliyinin tanınması, eyni zamanda delimitasiya və demarkasiya prosesinin eyni bəyannamə əsasında həyata keçirilməsi sülh sazişinin imzalanmasına yol açır.

Bizim.Media

Mənbə: bizim.media