Polşa silah arsenalını yeniləyir

Polşa silah arsenalını yeniləyir

Donald Tramp administrasiyası Polşaya 32 ədəd sonuncu nəsil "F-35" qırıcı təyyarəsinin verilməsi barədə müqaviləni təsdiqləyib.

Cebhe.info-nun məlumatına görə, sazişin dəyəri 6,5 milyard dollar təşkil edir. Sənədin tamamlanması üçün Konqresdə təsdiq olunması lazımdır. İyun ayında Prezident Tramp ABŞ-ın Polşadakı hərbi kontingentinin sayını 5 min nəfərə çatdırmaq üçün bu ölkəyə əlavə 1000 nəfər hərbçi göndərəcəyini bəyan edib. “F-35”-lərin satışı Polşanın bölgədə xarici təcavüzdən qorunmaq üçün etibarlı müdafiə potensialını artıracaq və ABŞ hərbçiləri ilə qarşılıqlı əlaqələrini artıracaq. Qırıcıların alınması Polşanın təyyarə ehtiyatını artıracaq, “hava-hava” və “yer-hava” raketlərin istifadəsinə imkan verən özünümüdafiə imkanlarını genişləndirəcək" - bəyanatda belə deyilir.

Polşa beşinci nəsil Amerika təyyarələrini almaqla SSRİ və ya Rusiyada istehsal edilmiş köhnəlmiş “MiQ-29” və “Su-22” təyyarələrini əvəz edəcək.

Müşfiq Abdulla
Cebhe.info

 

 

Mənbə: cebhe.info