Gürcüstandakı gərginlik nə ilə yekunlaşacaq? – Gürcü politoloqun ŞƏRHİ

Gürcüstandakı gərginlik nə ilə yekunlaşacaq? – Gürcü politoloqun

Xəbər verdiyimiz kimi, Gürcüstan parlamentində hakim “Gürcü Arzusu-Demokrat Gürcüstan” partiyasının parlamentə təqdim etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi ötən gün müzakirəyə çıxarılıb. Parlamentinin komitəsi “Xarici agentlər haqqında” qanun layihəsini ikinci oxunuşda dəstəkləyib.

Qərara etiraz əlaməti olaraq isə hökumətyönlü nümayişin iştirakçıları parlament binası yaxınlığında toplaşmağa başlayıblar.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan gürcü politoloq Gia Xuxaşvili hadisələrin inkişafı ilə bağlı narahatlığını dilə gətirib:

“Hökumətin səlahiyyətliləri hadisənin inkişafı üçün güc ssenarisini seçdilər. Biz ona görə daha bir qarşıdurma mərhələsinə qədəm qoymuşuq. Bizim üçün prioritet avropalaşmaqdır. Bu yolda barışmaz yeni nəsil ilə sovet keçmişinin əqli girovu olan nəsil arasında toqquşma gedir. Əminəm ki, sonda həmişəki kimi yeni nəsil qalib gələcək. Amma qələbənin dəqiq tarixini demək çox çətindir. Qələbə bu gün də ola bilər, nə zamansa da…”

Surxay Atakişiyev

Mənbə: bizim.media