Çexiya Prezidenti: Aİ-nin genişlənməsi geosiyasi zərurətdir

Çexiya Prezidenti: Aİ-nin genişlənməsi geosiyasi zərurətdir

Avropa İttifaqının (Aİ) genişlənməsi geosiyasi zərurətdir.

Bu sözləri Çexiya Prezidenti Petr Pavel “Novinke” nəşrinə müsahibəsində deyib.

O, Aİ-nin genişlənməsini dəstəklədiyini söyləyib: “Avropa Moldova və Gürcüstanı çox gözlətməməli və onları Rusiyanın ixtiyarına buraxmalıdır”.

Dövlət başçısının fikrincə, Avropa genişlənməyə hazırlaşmalıdır: “Bu təşkilatın modernləşdirilməsi zəruri addımdır”.

Mənbə: report.az