Qazaxıstanlı nazir işdən çıxarıldı

Qazaxıstanlı nazir işdən çıxarıldı

Qazaxıstanın rəqəmsal inkişaf naziri Bağdat Musin tutduğu vəzifədən uzaqlaşdırılıb.

Bu barədə respublika prezidentinin mətbuat xidməti məlumat yayıb.

“Dövlət başçısının sərəncamı ilə Baqdat Batırbekoviç Musin Qazaxıstan Respublikasının rəqəmsal inkişaf, innovasiyalar və aerokosmik sənaye naziri vəzifəsindən azad edilib”, - məlumatda deyilir.

Qeyd edək ki, Bağdat Musin 2020-ci il sentyabrın 2-də nazir təyin olunub.

Mənbə: qafqazinfo.az