Kosmosda nüvə partlayışı baş versə... - ABŞ

Kosmosda nüvə partlayışı baş versə... - ABŞ

Heç bir dövlət kosmosda nüvə silahı yerləşdirməkdə maraqlı olmamalıdır.

Axar.az xəbər verir ki, bu bəyanatla ABŞ-ın müdafiə nazirinin kosmik siyasət üzrə köməkçisi Con Plum Vaşinqtondakı Meridian Mərkəzində çıxış edib.

“Kosmosda nüvə partlayışı dağıdıcı nəticələrə səbəb ola bilər, xüsusən də aşağı Yer orbitinə əhəmiyyətli ziyan vura bilər",- deyə Con Plum qeyd edib.

Vurğulayıb ki, ABŞ Rusiyanın bu cür silahların kosmosda yerləşdirilməsi ehtimalı ilə bağlı bəyanatlarına çox ciddi yanaşır.

Mənbə: axar.az