Rusiya dövlət kanalında Əliyevlə bağlı bu kadrlar... - Video

Rusiya dövlət kanalında Əliyevlə bağlı bu kadrlar... - Video

Moskva ilə İrəvan arasında münasibətlərdə yaranan çətinliklər fonunda bu yaxınlarda Rusiya paytaxtında Rusiya və Azərbaycan liderlərinin ünsiyyətini əks etdirən videogörüntülərə diqqət yetirməmək olmaz: səmimi, rahat.

Bunu rusiyalı politoloq İqor Korotçenko deyib.

“Kadrlarda Vladimir Putinin Rusiya Federasiyasına səfərinin sonunda azərbaycanlı həmkarını avtomobilinə qədər müşayiət etmək üçün axşam saatlarında şəxsən çıxması da görünür. Liderlər ayrılarkən qucaqlaşır, bir daha aydın oldu ki, prezidentlər arasında xüsusi kimya var. Bunlar güclü, danışan kadrlardır. Əliyev və Putin eyni siyasi və tarixi miqyaslı şəxsiyyətlərdir. Onlar bir-birini başa düşür, bir-birinə güvənir, həm rəsmi, həm də qeyri-rəsmi razılaşmalarda bir-birinə arxalanırlar. Başa düşürük ki, böyük siyasətdə təsadüflər olmur. Dövlət kanalında belə kadrlar yayımlanırsa, bu, Rusiya-Azərbaycan münasibətlərinin bu gün yüksəlişdə olduğunu, Azərbaycanın bizim üçün əsl strateji tərəfdaş və müttəfiq olduğunu nümayiş etdirir”, - o bildirib

Mənbə: axar.az