Leyendən Tiflis açıqlaması: Pisləyirəm!

Leyendən Tiflis açıqlaması: Pisləyirəm!

Gürcüstan Avropaya doğru kursa sadiq olmalıdır.

Bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Gürcüstandakı vəziyyəti şərh edərkən bildirib.

“Gürcüstandakı vəziyyəti böyük narahatlıqla izləyirəm və Tiflisdə küçələrdə baş verən zorakılığı pisləyirəm, gürcü xalqı Avropa kursu ilə getməlidir”, - Leyen vurğulayıb.

Qeyd edək ki, bir neçə gündür Tiflisdə parlament binası yaxınlığında "Xarici agentlər haqqında" qanunun qəbuluna etiraz olaraq aksiyalar keçirilir.

Mənbə: axar.az