Aİ səfiri: “Biz görürük ki, sülh sazişi üzrə danışıqlar...”

Aİ səfiri: “Biz görürük ki, sülh sazişi üzrə danışıqlar...”

Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistan arasında sülh prosesinin davam etdirilməsini yüksək qiymətləndirir və həmçinin ölkələr arasında sərhədlərin delimitasiyası istiqamətində irəliləyişləri görməkdən məmnundur.

Bunu Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə jurnalistlərlə görüşündə deyib.

Səfir xatırladıb ki, Aİ Bakı ilə İrəvan arasında sülh prosesinin və danışıqların dəstəklənməsi prosesində iştirak edib:

“Biz görürük ki, sülh sazişi üzrə danışıqlar davam edir, sərhədlərin delimitasiyası prosesi də gedir”.

O, Aİ-nin Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləməyə davam etməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunan 4 kəndinin (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.

Mənbə: publika.az