Azərbaycanda bu deputatın mandatına xitam verildi - SƏBƏB

Azərbaycanda bu deputatın mandatına xitam verildi -

Bu gün Mərkəzi Seçki Komissiyasının iclası keçirilib.

İclasda Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi məsələsinə baxılıb.

Məsələ səsverməyə çıxarılıb və Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 8 aprel tarixli Sərəncamı ilə Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib. R. Məmmədov 64 saylı Sabirabad ikinci seçki dairəsinin deputatı olub.

Konstitusiyanın 89-cu maddəsinin 4-cü hissəsinə əsasən, Milli Məclisinin deputatı dövlət orqanlarında vəzifə tutduqda mandatından məhrum edilir.

Mənbə: qafqazinfo.az