Rusiya Ukraynaya qarşı xloropikrindən istifadə etdi

Rusiya Ukraynaya qarşı xloropikrindən istifadə etdi

Rusiya Kimyəvi silahlar Konvensiyasını pozaraq, Ukrayna qüvvələrinə qarşı xloropikrin kimyəvi silahından istifadə edib.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Məlumata görə, Rusiya Ukraynada müharibə aparmaq üçün qıcıqlandırıcı silahlardan da istifadə edib ki, bu da Kimyəvi silahlar Konvensiyasını pozur.

O da bildirilir ki, Rusiyanın bu cür kimyəvi maddələrdən istifadə etməsi ilk hal deyil.

Mənbə: axar.az