Rusiya Prezidenti Vladimir Putin “Krokus Siti Holl”da terror aktı zamanı insanlara kömək edən üç yeniyetməni “Qurbanların xilasına görə” medalı ilə təltif edib.
Bu barədə müvafiq fərman Rusiyanın hüquq-informasiya portalında dərc olunub.
“Ekstremal şəraitdə insanların xilas edilməsində cəsarətli və qətiyyətli hərəkətlərə görə” mükafatını Krasnoqorskdan olan məktəblilər Artyom Donskov və İslam Xəlilov, həmçinin kollec tələbəsi Nikita İvanov alacaqlar”, - deyə bildirilib.
Mənbə: axar.az