Azərbaycan-İspaniya əməkdaşlığının dərinləşdirilməsi barədə fikir mübadiləsi aparılıb - FOTO

Azərbaycan-İspaniya əməkdaşlığının dərinləşdirilməsi barədə fikir mübadiləsi aparılıb -

Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və Azərbaycan-İspaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Sevil Mikayılova mayın 1-də İspaniya Senatının Milli təhlükəsizlik və müdafiə komissiyası sədrinin müavini Jose Antonio Monaqo Terrazanın başçılıq etdiyi parlament nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, görüşdə Azərbaycanda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində aparılan müzakirələrin, fikir mübadiləsinin beynəlxalq əməkdaşlığın və qlobal təhlükəsizliyin möhkəmləndirilməsi baxımından uğurlu olduğu bildirilib.

Söhbətdə Azərbaycanın əldə etdiyi uğurlar, regional təhlükəsizlik, Cənubi Qafqazda sülh prosesi, beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlıq, dünyada mövcud olan ikili standartlar barədə danışılıb.

Görüşdə Azərbaycanla İspaniya arasında əlaqələrin, əməkdaşlığın dərinləşdirilməsi, parlamentlərarası təmasların inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılıb.



Bizim.Media

Mənbə: bizim.media