Peter Siyarto Makrona qarşı çıxdı

Peter Siyarto Makrona qarşı çıxdı

Macarıstanın xarici işlər naziri Peter Siyarto Fransa prezidenti Emmanuel Makronun Qərb qoşunlarının Ukraynaya potensial göndərilməsi ilə bağlı bəyanatının əleyhinə çıxıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə P.Siyarto Fransanın "LCI" telekanalının efirində verdiyi açıqlamada danışıb.

O deyib: "Biz münaqişəyə yaxınıq və çox yaxşı başa düşürük ki, Qərb qoşunları Ukrayna ərazisində olarsa, müharibənin miqyası xeyli artacaq".

Eskalasiyanın çox təhlükəli olacağını deyən XİN rəhbəri vurğulayıb ki, macarlar üçüncü dünya müharibəsini istəmir.

Siyarto, həmçinin Qərbi münaqişənin sülh yolu ilə həllini axtarmağa çağırıb.

Adəm

Mənbə: publika.az