Azərbaycanla delimitasiya əleyhinə sərhəd kəndindən İrəvana yürüş başladı

Azərbaycanla delimitasiya əleyhinə sərhəd kəndindən İrəvana yürüş başladı

Ermənistanın “Vətən naminə Tavuş” hərəkatı sərhədyanı Kirants (Xeyrimli) kəndindən İrəvana yürüşə başlayıb.

Bunu Kirants kəndində çıxış edən Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının primatı, arxiyepiskop Baqrat Qalstanyan deyib.

Keşiş bildirib ki, Ermənistanın digər rayonlarının, qonşu kəndlərin sakinləri də yürüşə qoşulmağa hazırdırlar.

Tavuş yeparxiyasının primatı qeyd edib ki, yürüş iştirakçıları mayın 9-da günorta İrəvana çatmalıdırlar.

Mənbə: qafqazinfo.az