İtaliyalı nazirdən Makronun təklifinə cavab - “Əsgərlərimiz heç bir halda Ukraynadakı müharibəyə cəlb edilə bilməz”

İtaliyalı nazirdən Makronun təklifinə cavab -

“İtalya əsgərləri heç bir halda Ukraynadakı müharibəyə cəlb edilə bilməz”.

Bizim.Media xəbər verir ki, bu barədə İtaliyanın müdafiə naziri Guido Crosetto bildirib.

"Fransa kimi dost ölkənin prezidenti Emanuel Makronu mühakimə etməyi öhdəmə götürmürəm, lakin onun gərginliyi açıq-aydın artıran bəyanatlarının məqsəd və faydasını başa düşmürəm", - deyə italiyalı nazir qeyd edib.

Mənbə: bizim.media