İsrail və HƏMAS arasındakı danışıqlar nəticəsiz başa çatdı

İsrail və HƏMAS arasındakı danışıqlar nəticəsiz başa çatdı

İsrail və HƏMAS arasındakı Qahirə danışıqları nəticəsiz başa çatıb.

Bu barədə “CBS News” telekanalı məıumat yayıb.

Qeyd olunub ki, İsrail Fələstin tərəfinin 6 günlük atəşkəs təklifinə cavab verənədək müzakirələrə qatılmayacaq.

Xarici mətbuatın yazdığına görə, İsrailin baş naziri Benyamin Netanyahu qarşı tərəfə ultimatum göndərərək, Qəzzada hərbi əməliyyatların 7 gün müddətinə dayandırılması razılaşdırılmasa, ÇAXAL ordusu Rəfahda hərbi əməliyyatlara başlayacağını bildirib.
Onu da xatırladaq ki, tərəflər HƏMAS-ın saxladığı 130 nəfərdən çox girovun azadlığa buraxılması məsələsində də konsensus əldə edə bilməyiblər.

Bu arada, Vaşinqton indiyədək onların çox az hissəsinin həyatda olduğu ehtimalını açıqlayıb.

Mənbə: bizim.media