Davudoğlu AKP-ni dağıdır: Qopmalar sürətləndi

Davudoğlu AKP-ni dağıdır: Qopmalar sürətləndi

Əhməd Davudoğlunun istefası Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) qopmaları sürətləndirib.

Cebhe.info xəbər verir ki, Davudoğlunun ardınca bir neçə sabiq millət vəkili və bölgə təşkilatlarının rəhbərləri də AKP-dən ayrılıb. AKP sədrinin sabiq müavini Selçuk Özdağ, Türkiyə Böyük Millət Məclisinin İnsan Haqqları Araşdırma komissiyasının sabiq üzvü Ayxan Səfər Üstün və keçmiş İstanbul millət vəkili Abdullah Başçı hakim partiyadan istefa veriblər.

İstefa verənlər arasında Türkiyənin Somalidəki sabiq səfiri də var.

Aydın
Cebhe.info

Mənbə: cebhe.info