Tünisdə prezident seçkilərində səsvermə başa çatıb

Bakı. Trend:

Tunisdə növbədənkənar perzident seçkilərinin birinci turu başa çatıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Seçkilər üzrə Ali Müstəqil Komissiyanın rəhbəri Nabil Baffun mətbuat konfransında deyib.

Onun sözlərinə görə, birinci turda saat 20:00 (GMT+4) üçün seçicilərin aktivliyi 35 faiz təşkil edib.

Məlumata əsasən, seçkilərin nəticələri qanuna uyğun olaraq 3 gün ərzində bəyan edilməlidir.

Qeyd edək ki, Tunisin prezidenti postuna 24 nəfər namizədliyini irəli sürüb.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Asmir Beqoviç: "Hədəfim "Qarabağ"a mümkün olduğu qədər kömək etməkdir"

SONRAKI XƏBƏR

"Acından ölən deyiləm" deyən Vidadi Zeynalovun Türkiyədəki əmlaklarının SİYAHISI