İsrail hücum elan etdi - HƏMAS danışıqları dayandırır

İsrail hücum elan etdi - HƏMAS danışıqları dayandırır

HƏMAS Qəzza zolağının cənubundakı Rəfah şəhərinin boşaldılması qərarına cavab olaraq İsraillə danışıqları dayandırmağı düşünür.

Bu barədə “Sinxua” rəsmi mənbəyə istinadən məlumat yayıb.

“HƏMAS şərqi Rəfahın boşaldılması qərarına cavab olaraq İsraillə danışıqları dayandırmağı düşünür”, - mənbə bildirib.

Qeyd edək ki, İsrail Qəzzanın cənubundakı Rəfahda planlaşdırılan quru əməliyyatından əvvəl şəhərin şərq hissəsinin sakinlərini humanitar zonalara təxliyə olunmağa çağırıb.

Mənbə: axar.az