Ərdoğan "S-400" və "Patriot" mövzusundan danışdı

Ərdoğan "S-400" və "Patriot" mövzusundan danışdı

Eastnewsorg-un verdiyi xəbərə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "S-400" və "Patriot" sistemlərindən söz açıb.

O, bildirib ki, ABŞ Prezidenti Donald Trampla sonuncu dəfəki telefon danışığında bu məsələlər müzakirə olunub.

"Son telefon danışığı aramızdakı ixtilafların həllində çox əhəmiyyətli oldu", - deyə Rəcəb Tayyib Ərdoğan diqqətə çatdırıb.

Prezident qeyd edib ki, Türkiyə Amerika Birləşmiş Ştatlarıyla istənilən əlaqəyə çox ciddi şəkildə diqqət yetirir.

Mənbə: eastnews.org