Ölkəmizdə 650 min ədəd ağac əkilməsi ilə bağlı təşəbbüs ekoloji mühitin yaxşılaşdırılmasına böyük töhfədir

Ölkəmizdə 650 min ədəd ağac əkilməsi ilə bağlı təşəbbüs ekoloji mühitin yaxşılaşdırılmasına böyük töhfədir

Ağdam, 16 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda 650 min ağac əkilməsi ilə bağlı təşəbbüsü ölkə əhalisi tərəfindən böyük razılıqla qarşılanıb.

Ağdam rayonu Qaradağlı kənd sakini Rəşad Əliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin geniş şəkildə qeyd edilməsi, bu münasibətlə ölkəmizdə 650 min ədəd ağac əkilməsi ilə bağlı təşəbbüs böyük şairin xatirəsinin əbədiləşdirilməsi, eləcə də ekoloji mühitin qorunması və yaxşılaşdırılması baxımdan olduqca əhəmiyyətlidir.

"Respublikamızda ətraf mühitin qorunması və ekoloji vəziyyətin daha da yaxşılaşdırılması prioritet məsələlərdən biridir. Bu məqsədlə yaşıllıqlar genişləndirilir, hər il yeni meşə massivləri salınır, ağacəkmə aksiyaları keçirilir. Bütün bunlar ətraf mühitin sağlamlaşdırılmasına, gələcək nəsillərin sağlamlığının təmin edilməsinə yönəlib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu nəcib təşəbbüsü ekoloji mühitin yaxşılaşdırılmasına böyük töhfədir", - deyə Ağdam sakini bildirib.

Mənbə: azertag.az