Dövlət Departamenti ABŞ qoşunlarının Ukraynaya göndərilməsini istisna edib

Dövlət Departamenti ABŞ qoşunlarının Ukraynaya göndərilməsini istisna edib

ABŞ hərbçilərini Ukraynaya göndərməyəcək.

APA xəbər verir ki, bunu Dövlət Departamentinin sözçüsü Metyu Miller mayın 6-da keçirdiyi brifinqdə deyib.

“Prezident açıq şəkildə bəyan edib ki, o, ABŞ qüvvələrini Ukraynaya döyüşmək üçün göndərməyəcək”, - Miller vurğulayıb.

Mənbə: apa.az