Rusiyadan Almatı görüşü barədə AÇIQLAMA

Rusiyadan Almatı görüşü barədə

“Rusiya Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında mayın 10-da Almatıda keçiriləcək görüşü alqışlayır”.

Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bugünkü brifinqdə deyib.

“Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə töhfəni davam etdirməyə hazırıq”, - deyə Zaxarova qeyd edib.

Mənbə: qafqazinfo.az